Modern.az

Pakistanda silahlılar hökumətə məxsus binanı ələ keçirdi

Pakistanda silahlılar hökumətə məxsus binanı ələ keçirdi

18 Dekabr 2022, 21:45

Pakistanın şimal-qərbində yerləşən Bannu bölgəsində silahlılar terrorla mübarizə mərkəzini ələ keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

 

Bildirilib ki, silahlılar hökumət orqanları ilə danışıqlar aparmaq üçün insanları girov götürüblər.

 

Bina təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

 

Silahlı şəxslər Talibanın idarə etdiyi qonşu Əfqanıstana təhlükəsiz keçid üçün danışıqlar aparmağa çalışırlar.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?