Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə keçirilən dünya çempionatında qalib olması münasibətilə Argentina yığmasını təbrik edib.
Modern.az xəbər verir ki, Türkiyə lideri bu barədə özünün sosial media hesabında yazıb.
"Tarixin ən gərgin final matçlarından birinin dünya çempionu olmuş Argentinanı və bütün argentinalıları səmimi qəlbdən təbrik edirəm", - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, final matçının penaltilər seriyasında Fransaya qalib gələn Cənubi Amerika təmsilçisi üçqat dünya çempionu olub.
Akif İsmayılov