Ukrayna prezidenti Volodimir Zelenskinin rəhbərliyi ilə bu gün Ali Baş Komandan Qərargahının iclası keçirilib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı və əməliyyat bölgələri qoşunlarının komandirləri cəbhədəki vəziyyətlə bağlı məlumat veriblər.
İclasda iştirak edənlər Belarusdakı vəziyyətə diqqət yetiriblər. Bundan əlavə, rusların hərbi qruplaşmalarının hazırkı sayı və silahlanması barədə məruzə dinlənilib.
Eyni zamanda Rusiyanın enerji infrastrukturuna kütləvi raket zərbəsinin nəticələrinin aradan qaldırılması da müzakirə edilib.
Akif İsmayılov