Modern.az

Çin səfiri Ermənistanın baş qərargah rəisi ilə görüşdü

Çin səfiri Ermənistanın baş qərargah rəisi ilə görüşdü

Dünya

19 Dekabr 2022, 11:07

Çinin İrəvandakı səfiri Fan Yun Ermənistanın müdafiə nazirinin birinci müavini, baş qərargah rəisi Edvard Asryanla görüşüb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, görüşdə Çinin hərbi attaşesi An Tsyan da iştirak edib.

 

Bildirilib ki, tərəflər hərbi sahədə əməkdaşlıq barədə müzakirələr aparıb. Sülhməramlı missiyalarda təmasların genişləndirilməsi də müzakirə mövzusu olub.

 

Həmçinin hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlıq barədə də fikir mübadiləsinin aparıldığı qeyd edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər