Türkiyənin Edirne vilayətində qanunsuz yollarla Yunanıstana keçməyə cəhd göstərən 4 nəfər saxlanılıb.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə vilayətin Uzunkörpü rayonunda baş verib.
Qadağan olunmuş hərbi zonaya daxil olaraq sərhədi keçməyə çalışan şəxslər barədə araşdırmalardan sonra onların FETÖ terror təşkilatı ilə əlaqələri olmasına dair əsaslı şübhələr yaranıb.
Hazırda şübhəli şəxslərlə bağlı araşdırmaların davam etdirildiyi bildirilib. Məhkəmənin qərarı ilə onlar haqqında həbs-qətimkan tədbiri seçilib.