Modern.az

Kafedə atışma - 2 nəfər öldü, biri yaralandı

Kafedə atışma - 2 nəfər öldü, biri yaralandı

Dünya

19 Dekabr 2022, 12:22

Yunanıstanın paytaxtı Afina şəhərində silahlı insident baş verib.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli telekanallar məlumat yayıb.

 

Belə ki, naməlum şəxs kafedə olan müştərilərə atəş açıb. Nəticədə 2 kişi həyatını itirib, 1 qadın isə xəsarət alıb.

 

Yaralı qadın xəstəxanaya çatdırılıb.

 

Yerli mənbələr hadisənin mafia çəkişməsi kontekstində baş verdiyini ehtimal edirlər. Hazırda hadisənin səbəblərinin araşdırıldığı bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər