İran və Pakistan sərhədlərində gərginlik yaşanıb.
Modern.az xəbər verir ki, bu barədə "Iran International" məlumat yayıb.
Bildirilib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və silahlı qruplaşma arasında toqquşma baş verib. Toqquşma nəticəsində 4 SEPAH əsgərinin öldüyü qeyd olunub.
Hadisənin detalları hələlik bəlli deyil. Pakistan tərəfi insidentə münasibət bildirməyib.