Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Çavuşoğlu özünün "Twitter" hesabında məlumat yayıb.
Görüş Türkiyə Xarici İşlər Nazirliyində baş tutub.
"Əfqan xalqı ilə həmrəyliyimizi və ölkənin sabitliyinə dəstəyimizi davam etdirəcəyik", - deyə XİN başçısı qeyd edib.
Akif İsmayılov