Modern.az

Putin Lukaşenko ilə nələri müzakirə etdiyini açıqladı

Putin Lukaşenko ilə nələri müzakirə etdiyini açıqladı

Dünya

19 Dekabr 2022, 23:27

Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlar zamanı vahid müdafiə məkanının yaradılmasını müzakirə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Putin Minskdə keçirilən mətbuat konfransında bildirib.

 

Rusiya dövlət başçısı Belarusun xüsusi döyüş sursatı üçün təyyarə hazırladığını qeyd edib. Putin, həmçinin bildirib ki, o, xüsusi döyüş başlığı istifadə etmək qabiliyyətinə malik Belarus döyüş aviasiya ekipajlarının hazırlanmasını mümkün hesab edir.

 

“Əlbəttə, bugünkü danışıqlarda biz vahid müdafiə məkanının formalaşdırılması, müttəfiq dövlətin təhlükəsizliyinin təmin edilməsi, habelə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlığın təmin edilməsi məsələlərini ətraflı müzakirə etdik. KTMT-də sədrlik yanvarın 1-dən Belarusa keçəcək”, - deyə Rusiya Prezidenti Belarusa səfəri ilə bağlı mətbuat konfransında vurğulayıb.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər