Modern.az

Donald Tramp həbs edilə bilər

Donald Tramp həbs edilə bilər

Dünya

20 Dekabr 2022, 00:09

ABŞ Konqresinin xüsusi komissiyası 18 ay davam edən təhqiqatdan sonra 6 yanvar hadisələrinə görə Donald Trampa qarşı ittiham irəli sürülməsini tövsiyə edib.

 

Modern.az xəbər verir ki, Ədliyyə Nazirliyinə ünvanlanan tövsiyə 21 dekabrda dərc ediləcək.

 

8 bənddən ibarət sənədə görə, Trampa qarşı insanları iğtişaşa və dövlətə qarşı çıxışlara təhrik etmə ittihamları irəli sürülə bilər.

 

Komitə Trampın “yalan bəyanat verərək sui-qəsd” kimi cinayətlər törətmiş ola biləcəyi qənaətinə gəldiyini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər