Ukrayna Belarusla sərhədi möhkəmləndirəcək.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin BBC-yə müsahibəsində deyib.
“Biz Rusiya və Belarusla sərhədin bütün uzunluğu boyunca müdafiə xətləri qururuq”, - deyə Yenin bildirib.
O, bura atıcı silah və artilleriya mövqeləri və sursat anbarlarının da daxil olduğunu vurğulayıb.
Qərar Rusiya qoşunlarının bu ölkə ərazisindən mümkün hücumu fonunda qəbul edilib.