Ermənistanın paytaxtı İrəvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" Ermənistanın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə Davidaşen körpüsündə yaşanıb. Qəzada ümumilikdə 27 avtomobil zəncirvari şəkildə toqquşub.
Hadisənin qatı duman və görmə məsafəsinin məhdudluğu səbəbindən baş verdiyi bildirilir. Qəza nəticəsində həlak olan yoxdur.
Hazırda ərazidə hərəkətin dayandırıldığı, yolların bağlandığı və xilasetmə qruplarının işlədiyi qeyd edilib.