Modern.az

Şentop Şimali Makedoniyaya gedir - SƏBƏB

Şentop Şimali Makedoniyaya gedir - SƏBƏB

Dünya

20 Dekabr 2022, 09:29

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Şimali Makedoniyaya səfər edəcək.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, səfər bu gün baş tutacaq.

 

Türkiyə parlamentinin spikeri Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində həmkarı Talat Caferi, bu ölkənin baş naziri Dimitar Kovaçevski ilə görüşlər keçirəcək.

 

Görüşlərdə Türkiyə-Şimali Makedoniya münasibətləri, habelə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə ediləcək.

 

Səfər çərçivəsində Şentopun bəzi təhsil obyektlərinin açılış mərasiminə qatılması da nəzərdə tutulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər