Modern.az

Perudakı etirazlarda ölənlərin sayı 26-ya çatdı

Perudakı etirazlarda ölənlərin sayı 26-ya çatdı

Dünya

20 Dekabr 2022, 10:02

Perudakı etiraz aksiyalarında həyatını itirənlərin ümumi sayı 26 nəfərə yüksəlib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, bütün ölkə ərazisini bürüyən iğtişaşlarda indiyə qədər 26 nəfər ölüb, daha 61 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Aksiyaçılar həbs olunmuş sabiq prezident Pedro Kastillonun azadlığa buraxılmasını, yeni prezident Dino Boluartenin istefasını və tezliklə yeni seçkilərin keçirilməsini tələb edirlər.

 

Qeyd edək ki, D.Boluarte yeni seçkilərin 2023-cü ilin dekabrında keçirilməsini təklif etmişdi. Ölkə Konqresi isə bu barədə qərar layihəsini rədd etmişdi. Etirazlara dəstək məqsədilə bir neçə gün öncə 2 nazir istefa verdiyini açıqlamışdı.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər