"Qarabağ beynəlxalq hüquqa görə Azərbaycan torpağıdır".
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Türkiyə-Fransa münasibətləri: Fürsətlə və meydan oxumalar" adlı tədbirdə çıxışı zamanı deyib.
"Fransanın bu mövzuda Türkiyənin səylərini dəstəkləməsini gözləyirik. Azərbaycanın Qarabağdakı qələbəsi bütün ölkələr tərəfindən qəbul olunmalıdır. Qarabağ beynəlxalq hüquqa görə Azərbaycan torpağıdır", - deyə Altun bildirib.