Modern.az

Gürcüstan hakimiyyəti Zelenskinin xahişini yerə saldı

Gürcüstan hakimiyyəti Zelenskinin xahişini yerə saldı

Dünya

20 Dekabr 2022, 13:18

Gürcüstanın hakim "Gürcü Arzusu" Partiyası Ukrayna prezidenti Volodimir Zelenskinin eks-prezident Mixail Saakaşvili ilə bağlı müraciətinə cavab verib.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, cavab iqtidarı təmsil edən deputat Qivi Mikabadze tərəfindən səsləndirilib.

 

"Mən başa düşürəm ki, Zelenski məsələlərlə yaxşı tanış ola bilmir. Yaxud onun yaxın ətrafı ona yarımçıq informasiya çatdırır", - deyə deputat bildirib.

 

Mikabadze Zelenskinin müraciətində yer alan mərhəmət çağırışına isə reaksiya verməyib.

 

Qeyd edək ki, Zelenski ötən gün Mixail Saakşavili ilə bağlı Gürcüstana müraciət edərək, onun azadlığa buraxılmasını xahiş etmişdi:

 

“Yəqin ki, indi hamı Mixail Saakaşvilinin vəziyyətini görə bilər. Ona görə də mən Gürcüstan xalqına, Gürcüstanın hakimiyyət orqanlarına müraciət edirəm. Miladdan əvvəl mərhəmət göstərilməlidir”.

Bu xəbər ilə bağlı
Zelenski Saakaşviliyə görə Gürcüstana müraciət etdi
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər