Türkiyənin milli müdafiə naziri Hulusi Akar İtaliyanın "Messaggero" qəzetinə müsahibə verib.
Modern.az xəbər verir ki, müsahibədə Rusiya-Ukrayna müharibəsi ilə bağlı Türkiyənin mövqeyinə toxunulub.
"Biz bu çərçivədə NATO tərəfindən görülən bütün tədbirləri və atılan bütün addımları hər zaman dəstəkləmişik. Münaqişənin dialoq və dinc danışıqlar yolu ilə həllinə inancımızı qoruyuruq. Müharibə başlayandan bəri aktiv diplomatiya həyata keçiririk. Ukraynanın ərazi bütövlüyünü tam dəstəkləyirik", - deyə Akar vurğulayıb.
Terror təşkilatlarının, PKK və YPG-nin Türkiyənin hüzur və təhlükəsizliyini hədəf aldığına diqqət çəkən nazir bu məsələdə Türkiyəyə beynəlxalq dəstəyin vacib olduğunu bəyan edib.