Modern.az

Ermənistanda Xarici Kəşfiyyat Xidməti yaradılır

Ermənistanda Xarici Kəşfiyyat Xidməti yaradılır

Dünya

20 Dekabr 2022, 14:04

Ermənistanda Xarici Kəşfiyyat Xidməti yaradılacaq.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu gün Ermənistan parlamenti bununla bağlı qanun layihəsini birinci oxunuşda qəbul edib.

 

Bildirilib ki, yaradılacaq qurum birbaşa baş nazirə tabe olacaq.

 

Hibrid sistemə malik olması nəzərdə tutulan xidmətin həm hərbi, həm də mülki funksiyaları yerinə yetirilməsi planlaşdırılır.

 

Məlumata görə, qeyri-hərbi mütəxəssislər həm də açıq mənbələrdən informasiyaların analizi ilə məşğul olacaqlar.

 

Növbəti oxunuşlarda layihənin qəbul olunmasından sonra qurumun yaradılması gözlənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər