ABŞ-da güclü zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri San Fransiskonun 343 kilometr şimal-şərqindəki Ferndeyl bölgəsində yerləşib.
Rixter şkalası ilə 6.4 balla qiymətləndirilən yeraltı təkanın ocağı 25 metr dərinlikdə olub.
Ölən və yaralananlarla bağlı məlumat olmasa da, elektrik xətlərinə ziyan dəyib və 55 min ev işıqsız qalıb.