Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcək.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə baş nazirin aparatından məlumat verilib.
Səfərin 26-27 dekabr tarixlərində Sankt-Peterburqda keçiriləcək MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak məqsədi daşıdığı bildirilib.
Səfər çərçivəsində Azərbaycanın dövlət başçısı İlham Əliyevlə Paşinyan arasında görüşün olub-olmayacağı barədə sual isə belə cavablandırılıb: "Gündəmdə bu cür məsələ yoxdur".
Qeyd edək ki, bir neçə gün öncə Kremlin sözçüsü Dmitri Peskov da sözügedən görüş barədə danışmışdı. Sözçü belə bir görüşün keçirilə biləcəyini istisna etməsə də, bunun razılaşdırılmadığını açıqlamışdı.