Modern.az

FETÖ ilə mübarizədə ilk dəstəyi qardaş ölkə verib - Çavuşoğlu

FETÖ ilə mübarizədə ilk dəstəyi qardaş ölkə verib - Çavuşoğlu

Dünya

20 Dekabr 2022, 17:18

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qambiyalı həmkarı Mamadu Tanqara ilə birgə mətbuat konfransı keçirib.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, konfrans Tanqaranın Türkiyəyə səfəri çərçivəsində baş tutub.

 

FETÖ terror təşkilatı ilə mübarizəyə toxunan Çavuşoğlu bu mövzuda Qambiyanın dəstəyini yüksək qiymətləndirib.

 

"Bizə FETÖ ilə mübarizədə ilk dəstəyi qardaş ölkə Qambiya verdi. Qambiya FETÖ məktəblərini bağlayan ilk ölkə oldu. Buna görə də bir daha Qambiyaya və qardaşım Mamaduya təşəkkür etmək istəyirəm. Terrorla mübarizədə aramızda həmrəylik var. Hərbi məsələlərdə köklü əlaqələrimiz mövcuddur", - deyə Çavuşoğlu bildirib.

 

Türkiyə XİN başçısı ölkəsinin Qambiyada səhiyyə, təhsil, kənd təsərrüfatı və digər sahələrdə layihələr həyata keçirdiyini xüsusi vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər