Modern.az

“Ən çox içən” və “içməyən” bölgələrin SİYAHISI

“Ən çox içən” və “içməyən” bölgələrin SİYAHISI

Dünya

20 Dekabr 2022, 17:26

2022-ci ildə Rusiyanın "ən çox içən" regionlarının illik reytinqinə Saxalin vilayəti və Çukotka Muxtar Dairəsi başçılıq edir.

Modern.az xəbər verir ki, bunu dekabrın 20-də Dövlət Dumasının deputatı, “Ayıq Rusiya” hərəkatının rəhbəri Sultan Həmzəyev deyib.
 

"Bu il “ən çox içən region” Saxalin vilayətidir, sonra Çukotka Muxtar Dairəsi, daha sonra Kurqan vilayəti, ardınca Buryatiya Respublikası, Nenets Muxtar Dairəsi gəlir", - deyə Həmzəyev spirtli içkilərin istehlakına görə ilk “5-lik”i qeyd edib.


Onun sözlərinə görə, “ən çox içən region” siyahısında sonrakı yerləri Yəhudi Muxtar Vilayəti, Komi Respublikası, Kirov vilayəti, Altay Respublikası və Arxangelsk vilayəti tutur. Reytinqdə Moskva 18-ci, Sankt-Peterburq isə 12-ci yerdə qərarlaşıb.


Çeçenistan, Dağıstan və İnquşetiya isə “ən çox içməyən” bölgələr olub. Onların ardınca Kabardin-Balkar, Qaraçay-Çərkəz, Stavropol diyarı, Kalmıkiya Respublikası və Rostov vilayəti gəlir. İlk “10-luq”da Belqorod və Volqoqrad vilayətləri də yer alır.


Reytinq tərtib edilərkən alkoqoldan zəhərlənmədən dünyasını dəyişən yerli sakinlərin, “alkoqolizm” və ya “alkoqol psixoz” diaqnozu ilə tibb müəssisələrində qeydiyyatda olan xəstələrin, sərxoş vəziyyətdə törədilmiş cinayətlərin sayı barədə məlumatlar nəzərə alınıb. Satılmış bütün alkoqollu məhsulların litrləri ilə rayon həcmi, etil spirti və alkoqollu içkilərin qanunsuz istehsalı və dövriyyəsi ilə bağlı hüquqpozmaların sayı da reytinqə təsir edib.


Rusiya Səhiyyə Nazirliyi isə bildirib ki, ki, ölkədə kənd sakinləri arasında alkoqoldan ölüm halları artır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər