İsveçin xarici işlər naziri Tobias Billström Türkiyəyə səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
O qeyd edib ki, səfər dekabrın 22-də baş tutacaq. Nazirlər İsveçin NATO-ya üzv olması, bununla bağlı Türkiyənin tələblərinin icrası prosesini müzakirə edəcəklər.