Modern.az

Çin lideri: Ukrayna münaqişəsi heç kimə sərfəli deyil

Çin lideri: Ukrayna münaqişəsi heç kimə sərfəli deyil

Dünya

20 Dekabr 2022, 19:44

Çin lideri Si Cinpin Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə telefon danışığı aparıb. 

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Çin lideri bildirib ki, Ukrayna böhranının uzadılması və mürəkkəbləşməsi heç kimin marağında deyil.

 

Ştaynmayer isə Pekini Ukraynadakı silahlı münaqişəyə son qoymaq üçün Moskvaya təsir göstərməyə çağırıb.

 

“Tərəflər Ukrayna böhranı ilə bağlı fikir mübadiləsi aparıblar. Si Cinpin vurğulayıb ki, Çin barışıq və danışıqları irəlilətməkdə israrlıdır və hesab edir ki, böhranı uzatmaq və mürəkkəbləşdirmək tərəflərin hər birinin maraqlarına uyğun deyil”, - deyə Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

 

ÇXR lideri qeyd edib ki, Çin tərəfi öz strateji müstəqilliyini nümayiş etdirməkdə Avropanı dəstəkləyir və balanslaşdırılmış, effektiv, davamlı Avropa təhlükəsizlik arxitekturasını yaratmağa ümid edir.

 

Ştaynmayerin mətbuat xidmətinin məlumatına görə , Si Cinpin Çin və Avropa ölkələrinin hərbi əməliyyatların dayandırılmasında və Ukraynanın suverenliyinə hörmətdə ümumi marağı olduğunu vurğulayıb.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər