ABŞ Prezidenti Co Bayden gələn il Yaponiyanın Naqasaki şəhərinə səfər edə bilər.
Modern.az xəbər verir ki, bu barədə Yaponiyanın “Yomiuri” qəzeti yazıb.
Bildirilir ki, Yaponiya və ABŞ hökumətləri Baydenin 1945-ci ildə atom bombası atılan şəhərə səfərini təşkil etməyi nəzərdən keçirir. Beləliklə, Bayden Naqasakiyə səfər edən ilk Amerika lideri ola bilər.
Hazırda tərəflər bu səfərlə bağlı danışıqlar aparır.
Səfərin vaxtına gəlincə, ABŞ lideri gələn il mayın 19-21-də Hiroşimada keçiriləcək “Yeddilik Qrupu”nun (“G7”) sammitindən sonra Naqasakiyə gələ bilər.
Qeyd edək ki, 2016-cı ildə Barak Obama Hiroşimaya səfər edən ilk ABŞ Prezidenti olub.
Akif İsmayılov