Modern.az

İlon Mask “Twitter”ə yeni rəhbər axtarır  

İlon Mask “Twitter”ə yeni rəhbər axtarır  

Dünya

20 Dekabr 2022, 23:36

"Twitter" sosial şəbəkəsinin sahibi İlon Mask yeni baş direktor axtarır. 

 

Modern.az xəbər verir ki, bu barədə CNBC mənbələrə istinadən məlumat yayıb.

 

Dekabrın 19-da Mask "Twitter"də baş direktor vəzifəsindən istefa verib-verməməsi ilə bağlı sorğu açıb və sorğunun nəticələrinə sadiq qalacağına söz verib. İştirakçıların 57,5%-i onun istefasına səs verib .

 

Nəşrin məlumatına görə, iş adamı sorğu dərc edilməmişdən əvvəl "Twitter"in yeni rəhbərinin axtarışına başlayıb. Səsvermədən sonra İlon Mask yazıb ki, şirkəti idarə edə biləcək heç kim bu vəzifəni istəmir.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər