Əfqanıstanın Zabul əyalətində iki uşağın ölümünə səbəb olan naməlum xəstəlik yayılıb.
Modern.az xəbər verir ki, bu barədə “The Khaama” agentliyi məlumat yayıb.
Məlumata görə, xəstəlik vilayətin şərqində yerləşən Şahcoy rayonunda müəyyən edilib.
Həkimlər bildirirlər ki Şahcoy rayonunda onlarla insan yoluxub. Xəstəliyin əsas əlamətləri yüksək hərarət, burun və ağızdan qanaxmadır.
Akif İsmayılov