Qara dənizdə üzən yük gəmisində yanğın baş verib.
Modern.az xəbər verir ki, Türkiyənin Sinop bölgəsində baş verən hadisə nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb.
Yaralılar xəstəxanalara aparılıb, onlardan 3-nün vəziyyəti ağırdır.
Bildirilir ki, gəminin kapitanı itkin düşüb. Onun öldürüldüyü güman edilir.
Hadisənin təfərrüatları araşdırılır. Gəmidə baş verən yanğının söndürülməsi davam edir.