Modern.az

Erməni deputat vəzifəsindən istefa verir

Erməni deputat vəzifəsindən istefa verir

21 Dekabr 2022, 09:56

Ermənistan parlamentinin deputatı, hakim "İctimai Müqavilə" Partiyasının fraksiya üzvü Eduard Ağacanyan parlamentdəki vəzifələrindən birindən istefa verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Joğovurd" qəzeti mənbələrinə istinadən yazıb.

 

Belə ki, hazırda qanunverici orqanın xarici əlaqələr komissiyasının sədri olan Ağacanyan bu postdan imtina etmək niyyətindədir.

 

Qəzet yazır ki, deputat artıq bu barədə partiyadaşlarına arzusunu açıqlayıb və bu vəzifəyə daha uyğun namizəd tapmağı xahiş edib. Onun qərarının yaxın vaxtlarda ictimaiyyətə elan olunacağı gözlənilir.

 

Qeyd edək ki, Eduard Ağacanyan hakim partiya daxilində baş nazir Nikol Paşinyana yaxın olan kadrlardan hesab edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər