Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin fövqəladə hallar orqanları rəhbərlərinin toplantısı keçiriləcək.
Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, toplantı bu gün baş tutacaq.
Sözügedən tədbir Türkiyənin Ankara şəhərində təşkil olunacaq. Bildirilib ki, Türkiyəni toplantıda daxili işlər naziri Süleyman Soylu təmsil edəcək.
Belə ki, ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərir.