Modern.az

Zelenski müharibədən sonra ilk səfərinə çıxdı

Zelenski müharibədən sonra ilk səfərinə çıxdı

21 Dekabr 2022, 11:44

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-da səfərdədir. Onun amerikalı həmkarı Co Baydenlə görüşü və Konqresdə çıxışı planlaşdırılır.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski tviter səhifəsində məlumat paylaşıb.

 

"Ukraynanın sabitliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün ABŞ-a getdim. Xüsusilə, ABŞ Prezidenti Co Baydenlə Ukrayna və ABŞ arasında əməkdaşlığı müzakirə edəcəyik. Mən də Konqresdə çıxış edəcəyəm və bir sıra ikitərəfli görüşlər keçirəcəyəm”, - deyə prezident yazıb.

 

Bundan əlavə, Ukrayna lideri ABŞ Konqresinin iki palatasının birgə iclasında çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər