Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Çində səfərdədir.
Modern.az TASS-a istinadən xəbər verir ki, Medvedev Rusiya prezidenti Vladimir Putinin müraciətini Çin sədri Si Cinpinə çatdırıb.
Qeyd olunur ki, Putinin verdiyi mesaj Rusiya və Çin arasında görünməmiş dialoq səviyyəsindən bəhs edir.
Çin sədri Si Cinpin çərşənbə günü, dekabrın 21-də Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevlə görüşüb, danışıqlar Pekindəki dövlət iqamətgahında aparılıb.
Təhlükəsizlik Şurasının sədr müavini Çin lideri ilə Ukraynadakı vəziyyəti və “Vahid Rusiya” partiyasının Çin Kommunist Partiyası ilə əməkdaşlığını müzakirə edib.
Medvedyevin Çin Kommunist Partiyasının dəvəti ilə Pekinə səfər etdiyi qeyd olunur.