Modern.az

Paşinyan Makronun ad gününü belə təbrik etdi

Paşinyan Makronun ad gününü belə təbrik etdi

21 Dekabr 2022, 12:30

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makrona məktub göndərib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, məktubda Paşinyan Makronu ad günü münasibətilə təbrik edib.

 

Ermənistan baş naziri Makrona sarsılmaz iradə, tükənməz enerji və böyük nailiyyətlər arzulayıb.

 

Fransa prezidentini Yeni il münasibətilə də təbrik edən Paşinyan 2023-cü ilin onun üçün sülh içində keçməsi və Fransa-Ermənistan əlaqələrində yeni uğurlar əldə edilməsinə vəsilə olması diləklərini ifadə edib.

 

Qeyd edək ki, bu gün Emmanuel Makronun 45 yaşı tamam olur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər