Modern.az

Rəbbim sizə kömək olsun! - Ərdoğan pilotlara səsləndi

Rəbbim sizə kömək olsun! - Ərdoğan pilotlara səsləndi

Dünya

21 Dekabr 2022, 12:52

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadan vətəninə qayıdan türk pilotlara telefon bağlantısı vasitəsilə müraciət edib.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ərdoğan pilotları salamlayıb.

 

"Ukraynada həqiqətən uzun müddətdir gözləyən bu karqo təyyarələrimizin sağ-salamat ölkəmizə qayıtması bizləri xoşbəxt elədi. Xüsusən, bu sıxıntılı vəziyyətdə təyyarələrimiz gətirdiniz. Buna görə sizləri millətim adından təbrik edirəm. Rəbbim yar və yardımçınız olsun", - deyə Türkiyə prezidenti söyləyib.

 

Qeyd edək ki, Ukraynadan Türkiyəyə qayıdan təyyarələr dünən axşam saatlarında Kayseriyə eniş ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər