Ukraynanın müdafiə naziri Oleksey Reznikova qarşı sui-qəsd təşkil olunub.
Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, həmçinin Ukraynanın kəşfiyyat orqanının rəhbəri Kiril Budanova qarşı da oxşar təxribata cəhd edilib.
Məlumata görə, bu cəhdlərin qarşısı alınıb və hər iki dövlət xadimi fəaliyyətini davam etdirir.
Qeyd olunub ki, sui-qəsd cəhdlərinin Rusiya xüsusi xidmət orqanları tərəfindən təşkili ehtimal edilir.