Modern.az

Nüvə triadası suverenliyimizin əsas zəmanətidir - Putin

Nüvə triadası suverenliyimizin əsas zəmanətidir - Putin

Dünya

21 Dekabr 2022, 16:15

"Rusiya bundan sonra da nüvə triadasının inkişafı ilə məşğul olacaq".

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyində keçirilən kollegiya iclasında deyib.

 

Onun sözlərinə görə, bu, Rusiyanın ərazi bütövlüyünün başlıca qarantıdır: "Nüvə triadası suverenliyimizin əsas zəmanətidir".

 

Putin, həmçinin NATO qüvvələrinin silahlanması ilə bağlı yayılan məlumatların təhlilinin vacibliyini və Rusiya ordusunda pilotsuz uçuş aparatlarından istifadənin genişləndirilməli olduğunu vurğulayıb.

 

O qeyd edib ki, Ukraynadakı əməliyyatlarda təcrübə toplayan zabitlər daha yuxarı vəzifələrə təyin olunmalıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər