Modern.az

NATO-nun bütün ölkələri Rusiyaya qarşıdır - Putindən etiraf

NATO-nun bütün ölkələri Rusiyaya qarşıdır - Putindən etiraf

21 Dekabr 2022, 16:48

"Hərbi komissarlıqların işini təkmilləşdirmək lazımdır".

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyində keçirilən kollegiya iclasında deyib.

 

O qeyd edib ki, NATO ölkələri Ukraynaya dəstək olur: "Rusiyaya qarşı bütün NATO ölkələrinin potensialından istifadə olunur. Bu məlumdur".

 

Putin ordu rəhbərliyi qarşısında çıxışı zamanı ölkəsinin atdığı addımlardan da danışıb.

 

"Hazırda 300 min səfərbər olunmuş canlı qüvvənin 150 mini poliqonlarda hərbi təlim keçir. Digər yarısı - 150 min nəfər isə döyüş əməliyyatları zonasındadır. Düşünürəm ki, bu kifayətdir. Lakin hərbi komissarlıqların işini təkmilləşdirmək lazımdır", - Rusiya lideri bildirib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər