Modern.az

ABŞ Rusiyanı “təcavüzkar dövlət” elan edə bilər 

ABŞ Rusiyanı “təcavüzkar dövlət” elan edə bilər 

Dünya

21 Dekabr 2022, 18:55

ABŞ Konqresi Rusiyaya "təcavüzkar dövlət" statusunun verilməsinə icazə verən qanun layihəsi üzərində işləyir 

 

Modern.az xəbər verir ki, bu barədə "The Hill" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

 

Qeyd olunur ki, bu sənəd ABŞ prezidenti Co Baydenə Rusiya rəsmilərinə qarşı sanksiyalar tətbiq etmək səlahiyyəti verəcək. 

 

Hazırda sənədin mətni üzərində danışıqlar aparılır. Layihədə deyilir ki, ABŞ prezidenti qanunun qəbulundan sonra Rusiyanı “təcavüzkar dövlət” elan edə bilər.

 

May ayında Litva Rusiyanı "terrorçu dövlət" elan edib. Avqust ayında Latviya Rusiya Federasiyasını "terrora sponsorluq edən ölkə" adlandırıb. Eyni qərarı Estoniya oktyabrda, Polşa isə dekabrda qəbul edib. Avropa Parlamenti də Rusiyanı “terrora sponsorluq edən dövlət” kimi tanıyıb.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər