ABŞ Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin daxil olduğu 1,8 milyard dollar həcmində hərbi yardım göndərəcək.
Modern.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin yazılı bəyanatında bildirilib.
Məlumatda deyilir ki, yardımın 1 milyardı ABŞ Dövlət Departamenti, 850 milyon dollar isə Pentaqon vasitəsilə ayrılacaq.
Həmçinin Ağ Evin mətbuat xidməti ABŞ Prezidentinin Kiyevə 1 milyard dollar vəsaitin ayrılması haqqında sərəncamını dərc edib.