Modern.az

Zelenski Vaşinqtonda Baydenlə görüşdü - YENİLƏNİB 

Zelenski Vaşinqtonda Baydenlə görüşdü - YENİLƏNİB 

Dünya

21 Dekabr 2022, 23:30

Vaşinqtonda səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydenlə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

 

***

22:42

 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesablarında məlumat yayıb.

 

“Mən Amerika xalqına, Prezidentə və Konqresə bizə çox lazım olan dəstəyə görə təşəkkür etmək, həmçinin qələbəmizi yaxınlaşdırmaq üçün əməkdaşlığı davam etdirməyin vacibliyini çatdırmaq üçün bu gün Vaşinqtondayam", - deyə Zelenski bildirib.

 

Müharibənin başlamasından sonra ilk dəfə ölkəni tərk edən Zelenski sözlərinə belə davam edib: "Mən Ukraynanın dayanıqlığını və müdafiə qabiliyyətini gücləndirmək üçün bir sıra danışıqlar aparacağam. Xüsusilə, ABŞ prezidenti Co Baydenlə Ukrayna və Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əməkdaşlığı müzakirə edəcəyik. Gələn il biz Ukrayna bayrağını və azadlığını bütün torpağımıza, bütün xalqımıza qaytarmalıyıq”.

 

Qeyd edik ki, Zelenski ABŞ-a məxsus təyyarə ilə Vaşinqtona səfər edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər