NATO-nun baş katibi Yens Stoltenberq Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri postunu tuta bilər.
Modern.az xəbər verir ki, bu barədə çərşənbə günü Norveçin TV2 telekanalı NATO-dakı mənbəyə istinadən məlumat yayıb.
TV2-nin məlumatına görə, Stoltenberqin yeni vəzifəyə təyin olunması onun NATO baş katibi kimi səlahiyyət müddəti başa çatdıqdan sonra baş tuta bilər.
Yens Stoltenberq Norveçin keçmiş baş naziridir. O, 2014-cü ilin oktyabrından NATO-nun baş katibi vəzifəsində çalışır.
Akif İsmayılov