Modern.az

İrəvanı terrorla hədələyən şəxs saxlanıldı

İrəvanı terrorla hədələyən şəxs saxlanıldı

Dünya

22 Dekabr 2022, 13:32

Ermənistanda bank ofisini partlatmaqla hədələyən şəxs saxlanılıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

 

Bildirilib ki, kimliyi açıqlanmayan şübhəli şəxs məhkəmə qarşısına çıxarılacaq.

 

Məlumata görə, şəxs bank xidmətlərindən narazı qalıb. Belə ki, o, dekabrın əvvəlində həyat yoldaşına 12 min rubla yaxın pul köçürmək istəyib, amma bunu edə bilməyib.

 

Daha sonra polisə zəng edən şəxs banka qumbara atacağını bildirib. O, terror aktı haqqında yalan məlumat vermək ittihamı ilə mühakimə olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər