Modern.az

Zaxarova Zelenskini təhqir etdi

Zaxarova Zelenskini təhqir etdi

Dünya

22 Dekabr 2022, 13:35

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Ukrayna prezidentini təhqir edib.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Zaxarova bu gün keçirdiyi brifinqdə prezident Volodimir Zelenski haqqında ağır ifadə işlədib.

 

"O Qərbin təkcə ...-si deyil, həm də ölkəmizə qarşı istifadə etdiyi alətdir", - deyə sözçü söyləyib.

 

Zaxarova iddia edib ki, hazırda Ukrayna daxilində ağır iqtisadi vəziyyətə görə Zelenski hakimiyyətinə qarşı böyük narazılıq yaranıb.

 

ABŞ-ın Ukraynanı silahlandırması mövzusuna da toxunan mətbuat katibi həm silah tədarükü həyata keçirməkdən, həm də dinc sakinlərin qorunmasından eyni vaxtda danışmağın düzgün olmadığını deyib: "Bu, absurd səslənir".

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər