Modern.az

ABŞ əhalisi bir ildə 1,2 milyon nəfər ARTIB

ABŞ əhalisi bir ildə 1,2 milyon nəfər ARTIB

Dünya

23 Dekabr 2022, 08:14

2022-ci ildə ABŞ əhalisi 1,2 milyon nəfər artaraq 333,2 milyona çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi ABŞ Siyahıyaalma Bürosuna istinadən məlumat yayıb.

 

Məlumatda bildirilib ki, artım əsasən digər ölkələrdən miqrasiya hesabına baş verib. Belə ki, son bir il ərzində 1 milyondan çox insan ABŞ-a köçüb. Bu rəqəm 2021-ci illə müqayisədə 168% artıb, geridə qalan müddət ərzində 376 min nəfər ABŞ-a köçüb.

 

Rəsmi məlumata görə, 2007-ci ildən bəri ilk dəfə 2022-ci ildə ölkədə doğulan uşaqların ümumi sayı artıb. Ümumilikdə ABŞ əhalisinin illik artım tempi 0,4% təşkil edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama