Modern.az

Ərdoğan yeni islahatların anonsunu verdi

Ərdoğan yeni islahatların anonsunu verdi

Dünya

23 Dekabr 2022, 12:53

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakimiyyət qolları ilə bağlı siyasi islahatların aparılacağını açıqlayıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ərdoğan bu barədə İslam Dünyası Konstitusiya Məhkəməsi Konfransının açılışında çıxış edərkən danışıb.

 

"Gələn il icraedici hakimiyyəti daha da effektivləşdirməklə yanaşı, qanunverici və məhkəmə hakimiyyətinin də gücünü artıraraq yeni islahatları ölkəmizə qazandıracağıq", - deyə Türkiyə prezidenti 2023-cü ildə bir sıra yeniliklərin olacağını elan edib.

 

O qeyd edib ki, demokratik sistemin onurğa sütununu təşkil edən hakimiyyət qolları arasında çəkişmə, toqquşma və dağıdıcı rəqabətin yaranması bütün cəmiyyətin hiss etdiyi zərərlər doğurur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?