Modern.az

Ərdoğandan sərt çıxış: Bizə dil uzadırlar…

Ərdoğandan sərt çıxış: Bizə dil uzadırlar…

23 Dekabr 2022, 13:02

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-ya dəstək olan ölkələri tənqid edib.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ərdoğan bu barədə İslam Dünyası Konstitusiya Məhkəməsi Konfransının açılışında çıxış edərkən danışıb.

 

"Suriyalı, iraqlı, əfqanıstanlı qaçqınlara qapı-divar olanlar PKK-ya, FETÖ-yə gələndə çox tolerant davranırlar. Məsələ öz təhlükəsizlikləri olanda daş üstündə daş, baş üstündə baş qoymayanlar bizə dil uzadırlar. Qanlı terror təşkilatlarını dəstəkləyənlər bizə insan həyatının müqəddəsliyindən nitq söyləyirlər. Müstəmləkəçi keçmişləri ilə üzləşmək istəməyənlər insan haqlarından danışırlar", - Ərdoğan bildirib.

 

"Qərb qonşumuz Yunanıstanın qaçqınlara qarşı sərgilədiyi mövqe artıq vəhşət həddinə çatıb", - deyə o əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər