Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Ukrayna dövlət başçısı Volodimir Zelenskinin ölkəsinin sülh planı barədə açıqlamalarına münasibət bildirib.
Modern.az TASS-a istinadən xəbər verir ki, o, Kremlin belə bir plandan xəbərsiz olduğunu açıqlayıb.
"Moskvada Zelenskinin sülh yolu ilə nizamlanma barədə dedikləri eşidilib, lakin bu cür bəyanat hazırkı reallıqlar hesablanmadan verilib", - Rusiya rəsmisi deyib.
Peskov həmçinin Putin və Baydenin görüşməsi ehtimalları barədə danışıb.
"Putin və Baydenin görüşünün keçirilməsi ilə bağlı Rusiya və ABŞ arasında heç bir ön təmaslar aparılmayıb", - sözçü əlavə edib.