Modern.az

Ukraynada partlayış oldu

Ukraynada partlayış oldu

23 Dekabr 2022, 14:30

Ukraynanın Zaporojye vilayətində partlayış olub.

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, hadisə Melitopol rayonunda qeydə alınıb.

 

Belə ki, rayonun mərkəzində avtomobil partlayıb. Hadisə nəticəsində 2 nəfərin yaralandığı bildirilib.

 

Ölənlər barədə məlumat verilməyib. Hadisənin səbəbləri araşdırılır.

 

Qeyd edək ki, Zaporojye vilayətinin bir hissəsi Rusiya tərəfindən işğal edilib. Rəsmi Moskva rəsmi şəkildə vilayətin ilhaq olunduğunu elan edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər