Parisdəki atışma nəticəsində yaralananlardan ikisi həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə Fransanın BFM telekanalı məlumat yayıb.
Bildirilib ki, 60 yaşlı cinayətkar artıq saxlanılıb. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
***
15:28
Fransanın paytaxtı Paris şəhərində atışma baş verib.
Modern.az xəbər verir ki, bu barədə "France Press" agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində bir neçə nəfər yaralanıb.
İnsidentin detalları hələlik məlum deyil. Hadisənin səbəbləri araşdırılır.