Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Kiyev şəhərində həyəcan siqnalı səslərinin eşidildiyi barədə məlumat yayıb.
Modern.az xəbər verir ki, Podolyak bu barədə tviter səhifəsində yazıb.
"Yeni il ərəfəsində Kiyevdə həyəcan siqnalı səsləri... Rusiya raketlərlə "sülh danışıqlarına başlamağı", "qardaşlıq münasibətlərini bərpa etməyi", "beynəlxalq hüququ" təklif edir. Hələ də "Rus dünyası"nın gerçək səslərini eşitməyənlər qalıb?", - deyə müşavir qeyd edib.
Xatırladaq ki, 24 fevralda başlayan müharibə hələ də davam etməkdədir.